BAKI, 1 sentyabr. TELEQRAF
Suriyanın İdlib əyalətində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Hadisə İdlib şəhərindən 8 kilometr şərqdə yerləşən Binniş kəndində baş verib. Partlayış nəticəsində yanğın olub və hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.
Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.