BAKI, 1 sentyabr. TELEQRAF
Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmer parlamentin İcmalar Palatası (aşağı palata) üzvlüyündən istefa verəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Camden New Journal”a müsahibəsində danışıb.
“Sürətlə dəyişən dünyada başda beynəlxalq məsələlər, o cümlədən müdafiə, təhlükəsizlik, ticarət və texnologiya sahələri olmaqla, diqqətimi digər istiqamətlərə yönəldəcəm. Hesab edirəm ki, hazırda deputat postundan getmək düzgün addımdır”, - o deyib.
Keçmiş baş nazirin deputat səlahiyyətlərini nə vaxt dayandıracağı ilə bağlı dəqiq tarix yaxın həftələrdə bəlli olacaq.
Xatırladaq ki, Kir Starmer iyulun 20-də baş nazir vəzifəsindən istefa verib. Onu bu postda Böyük Mançesterin keçmiş meri Endi Börnem əvəz edib.