BAKI, 1 sentyabr. TELEQRAF
“İsrailin davam edən hücumlarına baxmayaraq, Suriya ABŞ-nin vasitəçiliyi ilə diplomatik həll üzərində işləyir”.
Teleqraf xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani deyib.
“Bu çətinliklərə baxmayaraq, hələ də diplomatik həll variantına sadiqik və buna nail olmaq üçün ciddi şəkildə çalışırıq. Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə danışıqlarda iştirak edirik”, - nazir bildirib.
Xatırladaq ki, ötən həftə İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri Roman Qofman və Əsəd Şibani İordaniyada görüşüb.