BAKI, 1 sentyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.

Teleqraf xəbər verir ki, tərəflər ikitərəfli, eləcə də çoxtərəfli formatlarda fəal şəkildə inkişaf edən və müxtəlif istiqamətlərdə strateji tərəfdaşlıqla xarakterizə olunan Qırğızıstan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Ticari-iqtisadi və investisiya sahələri, təhsil, səhiyyə, hərbi-texniki əməkdaşlıq və digər perspektivli istiqamətlərdə qarşılıqlı fəaliyyəti genişləndirmək üçün geniş imkanların olduğu vurğulanıb.

Prezidentlər Qırğızıstan-Türkiyə hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsində və genişləndirilməsində, həmçinin iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.