BAKI, 1 iyun. TELEQRAF
Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı strategiyası mövcuddur və bu yalnız enerji deyil, həm də nəqliyyat, digər sahələri əhatə edir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktor Cristina Lobillo Borrero jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Mərkəzi Asiya ilə aparılan işlər kontekstində enerji sahəsində Azərbaycan ilə strateji tərəfdaşlıq xüsusilə bərpa olunan enerji, interkonnektorlar və ümumilikdə daha sıx enerji inteqrasiyasını əhatə edir:
"Eyni zamanda, Avropa İttifaqı üçün dekarbonizasiya hədəflərinin həyata keçirildiyi dövrdə qaz təchizatı hələ də mühüm rol oynayır və enerji sisteminin sabitliyini təmin edir.
Bu kontekstdə Azərbaycan ilə əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və Rusiyadan qaz asılılığının azaldılması prosesində mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə bu yanaşma iki əsas sütuna əsaslanır: birincisi, təmiz enerji, gələcək interkonnektorlar və bərpa olunan enerji sahəsində əməkdaşlıq; ikincisi isə keçid dövründə enerji təhlükəsizliyini dəstəkləyən qaz təchizatıdır".