BAKI, 1 iyun. TELEQRAF

Qazaxıstan öz neftinin daşınması üçün mümkün olan istənilən marşrutları nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.

Onun sözlərinə görə, Bakı-Supsa neft kəməri vasitəsilə qaz neftinin ötürülməsi ilə bağlı konkret müzakirələr yoxdur:

"Bakı-Tbilisi-Ceyhan vasitəsilə ildə 1,5 milyon ton neft ötürülməsi yönündə planlarımız var. Bu həcmi artırmağa hazırıq.Qazaxıstan bu həcmi 2,2 milyon tona qədər artıra bilər".