BAKI, 1 iyun. TELEQRAF
Özbəkistan gündəlik enerji istehsalında bərpa olunan mənbələrin payını bəzi günlərdə 50%-dən çox səviyyəyə çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
O qeyd edib ki, hazırda yeni batareya saxlama gücləri sayəsində pik saatlarda enerji istehsalının 13%-i məhz bu sistemlərdən təmin olunur:
"Türkiyə PPP layihələrimizə ilk dəstək verən ölkələrdən biri olub. Səudiyyə Ərəbistanı və BƏƏ bərpa olunan enerji layihələrinə əsas investorlar kimi çıxış ediblər və islahat prosesini dəstəkləyərək investisiyalar cəlb ediblər. Çin isə əvvəlcə Özbəkistanda yalnız podratçı kimi fəaliyyət göstərirdisə, indi birbaşa investor kimi çıxış edir. SOCAR-ın da BP şirkəti ilə birlikdə Özbəkistan ərazisində kəşfiyyat işlərinə başladığını bu gün eşitdiniz. Beləliklə, biz müxtəlif variantlar axtararaq şaxələndirməyə çalışırıq".