BAKI, 1 iyun. TELEQRAF
"Son enerji böhranı bir fundamental reallığı çox aydın şəkildə nümayiş etdirdi: enerji təhlükəsizliyi üçün enerji resurslarının mövcudluğu vacibdir, lakin bu, kifayət etmir. Bizə etibarlılıq lazımdır".
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
O qeyd edib ki, uzunmüddətli öhdəliklərə ehtiyac var:
"Əlbəttə ki, şaxələndirmə də mühüm əhəmiyyət daşıyır. Təchizat marşrutlarının, enerji mənbələrinin və texnologiyaların şaxələndirilməsi özünü doğrultmuş yanaşmadır. Gələcəkdə də şaxələndirmədən kənar fəaliyyət göstərmək mümkün olmayacaq.
Son enerji böhranı bu zərurəti bir daha açıq şəkildə ortaya qoydu.
Azərbaycan etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu dəfələrlə sübut edib. Ölkə yalnız enerji təchizatçısı kimi deyil, həm də bu gün və gələcəkdə enerji təhlükəsizliyinin birgə qurulmasına töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir".