BAKI, 29 may. TELEQRAF

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) mövcud tarif siyasətini davam etdirmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin energetika naziri Erlan Akkenjenov məlumat verib.

"Dünən bu məsələyə baxılıb, lakin səhmdarlar arasında konsensus tələb olunur. Təbii ki, biz resurs ölkəsi olaraq mövcud tarifi saxlamaq istəyirik, lakin bunu səhmdarların iclasında nəzərdən keçirəcəyik".

CPC neft kəmərləri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min km olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir, burada neft CPC dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.