BAKI, 29 may. TELEQRAF
Londonun ICE birjasında 2026-cı ilin iyulda çatdırılmaq şərtilə Brent markalı xam neftin fyuçersləri aprelin 17-dən bəri ilk dəfə 92 dollardan aşağı düşüb.
Teleqraf xəbər verir ki, Brent markalı xam neftin qiyməti 1,05% azalaraq 91,73 dollara düşüb.
Bu arada, 2026-cı ilin iyul ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 1,02% azalaraq 87,99 dollara düşüb.