BAKI, 12 may. TELEQRAF
Hindistan Yaxın Şərqdəki müharibə fonunda yaranan enerji qıtlığına baxmayaraq, ABŞ-nin sanksiyaları altına düşən Rusiya mayeləşdirilmiş təbii qazını (MTQ) almaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Rusiyanın mavi yanacaqla dolu "Kunpeng" tankeri Hindistan limanlarına qəbul edilməyib.
Gəminin hazırda hansı istiqamətə yönələcəyi isə hələ məlum deyil.