BAKI, 13 aprel. TELEQRAF
İpoteka kreditləşməsində artım tendensiyası davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.
Bildirilir ki, 2025-ci ildə ipoteka portfeli illik əsasda 8.4% artaraq 4.6 mlrd. manat olub.
Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə artım 356 mln. manat olub, bu artımın 251 mln. manat (artımın 70%-i) olan hissəsi dövlət ipotekası proqramı, 105 mln. manat (artımın 30%-i) olan hissəsi isə bankların daxili ipoteka proqramı vasitəsilə olub.
Hazırda, dövlət hesabına verilmiş ipoteka kreditləri ümumi ipoteka portfelinin 55.9%-ni (2.57 mlrd. manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka məbləği isə portfelin 44.1%-ni (2.03 mlrd. manat) təşkil edir.