BAKI, 13 aprel. TELEQRAF

Aprelin 1-nə əhalinin nominal gəlirləri 22 milyard 359,1 milyon manat olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar - mart aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən 7% artıb.

Orta aylıq nominal əməkhaqqı 1 099,1 manat təşkil edib. 2026-cı ilin yanvar - mart aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən əməkhaqları 5,3% artıb.