BAKI, 13 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2025-ci ilin müvafiq dövrünə nisbətən 0,3% azalıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 29,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,3 faiz az ümumi daxili məhsul istehsal olunub.

Neft-qaz sektorunda ÜDM-in həcmi 8 531,6 milyon manat, qeyri neft-qaz sektorunda isə 21 171,6 milyon manat olub. 2026-cı ilin yanvar - mart ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sektorunda azalma 1,2% olub.