BAKI, 13 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanının Çinə neft tədarükü mayda təxminən yarıya qədər azalaraq apreldəki 40 milyon bareldən 20 milyon barelə düşə bilər.

Teleqraf "Bloomberg"dəki istinadən xəbər verir ki, bu, Hörmüz boğazının bağlanması fonunda "Saudi Aramco" şirkətinin ixrac qiymətlərini rekord səviyyəyə qaldırmaq qərarı ilə əlaqədardır.

Qeyd olunur ki, bəzi təchizatçılar Qırmızı dəniz sahilindəki Yanbu limanı vasitəsilə ixracı davam etdirirlər. Lakin limanın tutumu əvvəlki ixrac həcmlərini kompensasiya etmək üçün kifayət deyil.