BAKI, 13 aprel. TELEQRAF
Dövlət Maliyyəsinin İdarə Edilməsində yer alan qurumların fəaliyyətindəki hesabatlılıq nəticəsində büdcə zərfində yer alan izahatın həcmi 60%-dən çox artıb. Eyni zamanda, büdcədənkənar dövlət fondlarının büdcə layihələri ilə bağlı sənədləşmə təkmilləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, icmal büdcədə 1 mlrd. manatdan çox gəlirin 2-ci dəfə tanınması aradan qaldırılıb. Büdcə hesabatlılığı üzrə 1 mlrd. manatdan, maliyyə hesabatlarında isə 2 mlrd. manatdan çox təhrif düzəldilib.
Depozit və tapşırıqlar hesabının qalığı üzrə 100 mln. manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb.