BAKI, 13 aprel. TELEQRAF

2024-cü ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanan 807,3 mln. manat əhəmiyyətli təhriflərin 450 mln. manatdan çoxu üzrə müvafiq düzəlişlər edilib.

Teleqraf xəbər ki, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə hesabatında qeyd edilib

Bildirilib ki, 2024-cü ilin İş Planına uyğun olaraq keçirilən nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair müəyyən edilən tədbirlərlə bağlı qalan 25 mln. manatın icrası davam etdirilib, bu məbləğin 15,4 mln. manatı hesabat dövründə pul və əvəzləşdirmə formasında bərpa edilib.

2025-ci ilin İş Planı üzrə dövlət vəsaitinin bərpası istiqamətində 101,5 mln. manata qarşı 93,9 mln. manat icra edilib. Hesabat tərtib edilən tarixədək kənar dövlət maliyyə nəzarəti (KDMN) obyektləri tərəfindən tam bərpa edilməyən məbləğlərə (7,6 mln. manat) dair məlumatların təhlili bu məbləğin 76,1%-nin qurumlar tərəfindən bərpasının davam etdirildiyini, 23,9%-nin isə kollegiya qərarı üzrə qanunvericiliklə müəyyən edilən müddətin bitmədiyini göstərir.