BAKI, 10 aprel. TELEQRAF

Hörmüz boğazı ilə keçid tam bərpa olunmazsa Avropa Birliyindəki hava limanları üç həftə ərzində aviasiya yanacağı çatışmazlığı ilə üzləşəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti "ACI Europe" Ticarət Assosiasiyasına istinadən məlumat verib.

Avropa Nəqliyyat və Turizm Komissarına ünvanlanan məktubda deyilir:

"Əgər Hörmüz boğazından keçid növbəti üç həftə ərzində əhəmiyyətli və davamlı şəkildə bərpa olunmazsa, Avropa İttifaqı üçün aviasiya yanacağının sistematik çatışmazlığı reallığa çevriləcək".

Məktub müəllifləri vurğulayıblar ki, Cənubi Avropa ölkələrinin iqtisadi cəhətdən çox asılı olduğu yay turizm mövsümünün yaxınlaşması vəziyyətin daha da ağırlaşmasına səbəb olur.