BAKI, 25 mart. TELEQRAF
Mövcud ABŞ administrasiyanın qeyri-sabit siyasəti və texnologiya sektorundakı qeyri-müəyyənlik bu dəfə dolların möhkəmlənməsini məhdudlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Barclays” bankının təhlilində qeyd edilib.
Bankın analitikləri bildiriliblər ki, dollar mövqeyi olan investorlar günün istənilən anında Ağ Ev tərəfindən sosial mediada dollar əleyhinə edilə biləcək və əvvəlcədən proqnozlaşdırılması çətin olan açıqlamalar kimi risklərlə üzləşə bilər.
“Bu cür hadisələr dərhal nəzərəçarpacaq mənfəət və zərər təsiri yarada bilər. Bu isə o deməkdir ki, investorlar belə riskləri kompensasiya etmək üçün uzunmüddətli dollar mövqeləri üzrə daha yüksək gəlir tələb etməyə üstünlük verə bilərlər”.
Bankın proqnozuna görə, qısa müddətdə dolların müəyyən qədər zəifləyə biləcəyi istisna edilmir.
Qeyd edək ki, “Bloomberg” agentliyinin dollar indeksi ABŞ və İsrailin İrana qarşı hücumlarının başlanmasından bəri üç həftədən artıq müddətdə təxminən 2% artıb.