BAKI, 30 yanvar. TELEQRAF
"Chevron" şirkəti Venesuelada neft hasilatını 1,5-2 il ərzində 50% artırmağı və bazara etibarlı şəkildə tədarük planlaşdırır.
Teleqaf xəbər verir ki, bu barədə şirkətdən verilən açıqlamada bildirilib.
“Chevron” Venesuelada yüz ildən çoxdur fəaliyyət göstərir. 2022-ci ildən bəri ABŞ qanun və qaydalarına tam uyğun olaraq, birgə layihələrdə tərəfdaşları ilə birlikdə ölkədə hasilatı gündəlik 200.000 bareldən çox artırıb.
2022-ci ilin noyabr ayının sonunda Ağ Evin sanksiyalarına baxmayaraq, "Chevron"nun Venesuelada neft hasil etməsinə və ABŞ-yə tədarük etməsinə icazə verilib.