BAKI, 30 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan xarici bazarlara 326.2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir ki, bu 2024-cü ilin eyni ayı ilə müqayisədə 54 faiz çoxdur.

Cari ilin dekabr ayında isə 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu istiqamətdə 15,9% artım qeydə alınıb.