BAKI, 29 yanvar. TELEQRAF

Bir sıra bloklara illərlə çıxarışların verilməməsi onların istismara icazəsinin olmaması ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.

“Bəzən görürük ki, bir yaşayış kompleksində bir blokun istismara icazəsi var, digər blokun isə yoxdur. Biz yalnız istismara qəbul olunmuş binaların qeydiyyatını aparırıq”.