BAKI, 29 yanvar. TELEQRAF
2025-ci ildə 325 685 hektar torpağın bonitirovkası, 168 315 hektar ərazinin isə iqtisadi qiymətləndirilməsi aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.
O bildirib ki, geobotaniki tədqiqatlar çərçivəsində çöl-torpaq tədqiqatları 194 253 hektar, laboratoriya analizləri 336 649 hektar, əldə olunan nəticə materiallarının Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) daxil edilməsi isə 231 222 hektar ərazi üzrə həyata keçirilib:
“Eyni zamanda, çöl-torpaqlarının tədqiqatları 282 160 hektar, laboratoriya analizləri 458 518 hektar, nəticə materiallarının TEKUIS-ə daxil edilməsi isə 435 627 hektar ərazini əhatə edib”.