BAKI, 29 yanvar. TELEQRAF

"Daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə ümumilikdə 364 136 əməliyyat həyata keçirilib".

Teleqraf xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.

O bildirib ki, qeydiyyata alınan obyektlərin böyük hissəsini torpaq sahələri təşkil edib. 186 595 torpaq sahəsinin qeydiyyatı aparılıb:

“Mənzillər üzrə 92 888, fərdi yaşayış və bağ evləri üzrə isə 71 688 qeydiyyat aparılıb. Bundan əlavə, qeyri-yaşayış obyektləri üzrə 12 122, əmlak kompleksi kimi müəssisələr üzrə 728, çoxmərtəbəli yaşayış binaları üzrə isə 112 qeydiyyat həyata keçirilib”, - deyə o əlavə edib.