BAKI, 23 yanvar. TELEQRAF
Ötən il 2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3% azalaraq 2109,9 min nəfər olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Gürcüstana gedən vətəndaşların sayı 20,4%, İrana gedənlərin sayı 9,2% artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,5%, Türkiyəyə gedənlərin sayı isə 1,6% azalıb. Azərbaycan vətəndaşlarının 41,2%-i Türkiyəyə, 14,5%-i Rusiya Federasiyasına, 10,7%-i Gürcüstana, 9,7%-i İrana, 23,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 63,5%-ni kişilər, 36,5 %-ni qadınlar təşkil edib.
2025-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6%-i hava, 28,5%-i dəmir yolu və avtomobil, 1,9%-i isə dəniz nəqliyyatından istifadə edib.