BAKI, 23 yanvar. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüş fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiya üçün 99 dollar həddini keçib.

Teleqraf xəbər verir ki, metalın qiyməti 7,08% bahalaşaraq unsiya üçün 99,2 dollara çatıb. Sonradan artım tempi bir qədər zəifləyib və kotirovkaların qiyməti 2.28% yüksəlişlə 98,57 dollar olub.

Eyni zamanda, COMEX-də qızıl fyuçerslərinin qiyməti 0.41% artaraq bir unsiya üçün 4 933 dollar olub.