BAKI, 23 yanvar. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Böyük Britaniyanın "Menzies Aviation" şirkətinin icraçı sədri Hassan El-Houri ilə görüşüb. Nazir şirkət rəhbəri ilə aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında bildirib.
"Aviasiya sektorunun dayanıqlı inkişafı istiqamətində ölkəmizdə görülən işlər, bu sahədə innovasiyaların tətbiqi və investisiyaların təşviqi, o cümlədən əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu. Qarşılıqlı təcrübə mübadiləsi, təlim və məşğulluğa yönəlmiş təşəbbüslərin dəstəklənməsini qeyd etdik," - deyə M.Cabbarov qeyd edib.