BAKI, 23 yanvar. TELEQRAF

Ötən gün saat 23:45-də Abşeron rayonunda yeraltı qaz xəttində naməlum səbəbdən yanğın baş verib və qarşısını almaq mümkün olmayıb.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, yanğın səbəbindən Atyalı qəsəbəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Həmçinin Xırdalan şəhəri, Quşçuluq massivində qaz xətti qaynaq birləşməsindən qopub.

Massivin qaz təchizatı müvəqqəti dayandırılıb.