BAKI, 21 yanvar. TELEQRAF
Azərbaycan 2025-ci ildə 170 milyon 781.42 min ABŞ dolları dəyərində 543 min 553.84 ton azot gübrəsi ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin göstəricisi ilə müqayisədə ölkədən azot gübrəsinin ixracında 3,7% azalma olub. Dəyər ifadəsində isə 35,3% artım qeydə alınıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan 126 milyon 233.31 min dollar dəyərində 564 min 945.38 ton azot gübrəsi ixrac edilmişdi.
Ötən il ümumi ixracın 0.68%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4.71%-i azot gübrəsinin payına düşüb.