BAKI, 21 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycana gətirilən yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәrinin sayı 2028 ədədə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabata əsasən, ötən ildə idxal edilən elektrikli avtomobillərin ümumi dəyəri 62 milyon 485.91 min dollar təşkil edib.

Qeyd edək ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə azdır. Belə ki, 2024-cü ildə Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı 3027 ədəd, ümumi dəyəri isə 121 milyon 606.39 dollar olub.