BAKI, 21 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 49 milyard 422.58 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkə üzrə ixrac 5,69% azalaraq 25 milyard 42.85 milyon ABŞ dolları olub. İdxal isə 15,7% artaraq 24 milyard 379.73 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 663.12 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 dəfə azdır.