BAKI, 19 yanvar. TELEQRAF
Xocavəndin Hadrut qəsəbəsində yaşıllıq və abadlaşdırma işlərinə 2,2 milyon manata yaxın vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti "Real-İnşaat" MMC ilə müqavilə imzalayıb.
Tenderin ehtimal olunan qiyməti 2 milyon 657 min 676,56 manat olsa da, tərəflər 2 milyon 199 min 646,53 manatda razılaşıblar.
Qəsəbədə aparılacaq abadlaşdırma işlərinin mayda yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, "Real-İnşaat" MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 220 manat olan şirkətin qanuni təmsilçisi Emin Nərimanovdur.