BAKI, 26 dekabr. TELEQRAF

Qızıl və gümüş qiymətləri yenidən rekord həddə yüksəlib.

Teleqraf xəbər verir ki, artıma geosiyasi gərginliklər və ABŞ dollarının zəifləməsi fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi səbəb olub.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.77% artaraq 45138 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 4.36% artaraq 74.81 ABŞ dolları təşkil edib.