BAKI, 25 dekabr. TELEQRAF

Əmək statistikasına dair göstəricilər sisteminin təkmilləşdirilməsi həyata keçiriləcək.

Teleqraf xəbər verir ki bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, statistik müayinə 2026-2027-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, iqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə aparacaq.

Məqsəd təkmilləşdirilmiş statistik göstəricilər sisteminin tətbiqi və yekun nəticədə əmək statistikasının son beynəlxalq metodoloji tövsiyələrə uyğunlaşdırılmaqla inkişaf etdirilməsidir.