BAKI, 25 dekabr. TELEQRAF
2025-ci ilin yanvar – noyabr aylarında banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar tərəfindən 393.3 milyon manat ipoteka krediti verilib.
Teleqraf xəbər verir ki, bu ötən ilin göstəricisinə nisbətən 2.8 milyon və ya 0.7% azdır.
Hesabat dövründə İpoteka və Kredit Zəmanəti Fondu tәrәfindәn yenidәn maliyyәlәşdirilmiş ipoteka kreditlәrinin həcmi 399.4 milyon manat olub. Ötən illə müqayisədə bu sahədə 19.5 milyon manat və ya 4.7% azalma olub.
Yanvar-noyabr aylarında Fondun yerlәşdirilmiş istiqrazlarının hәcmi 550 milyon manat təşkil edib. Bu ötən ilin göstəricisi ilə eyni olub.
Cari il ərzində dövlət büdcəsindən Fonda 85.2 milyon manat ayrılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə 2.9% azalma qeydə alınıb.
Kreditlər üzrə aylıq faiz dərəcəsi 6,39%-ə, ödəniş məbləği 471 manata yüksəlib. Halbuki ilin əvvəlində bu rəqəm 456 manat təşkil edirdi.