BAKI, 25 dekabr. TELEQRAF

Bu ilin dekabrın 1-ə banklar və qeyri-bank kredit təşkilatları üzrə ev təsərrüfatlarına cəmi kredit qoyuluşu 18 milyard 718,3 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,3% artım olub. 2025-ci il dekabrın 1-nə kredit portfelinin 59.5%-i ev təsərrüfatlarının payına düşüb.