BAKI, 25 dekabr. TELEQRAF

Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0.8% vә ya 80.3 milyon manat, tәlәbli әmanәtlәri isә 3.9% vә ya 218.4 milyon manat artıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şәxslәrin әmanәtlәrinin 67.5%-i (10,701.4 mln. manat) milli valyutada, 32.5%-i (5,146.3 mln. manat) xarici valyutadadır. Fiziki şәxslәrin әmanәt portfelinin 62.9%-i (9,963.9 mln. manat) müddәtli әmanәtlәrdәn ibarәtdir.