BAKI, 25 noyabr. TELEQRAF
Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak edir.
İclasda MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti və digər məsələlər təşkil edir.
İclas noyabrın 26-dək öz işini davam etdirəcək.
Xatırladaq ki, MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurası dəmir yolu nəqliyyatının işini dövlətlərarası səviyyədə əlaqələndirmək və onun fəaliyyətinin razılaşdırılmış prinsiplərini işləyib hazırlamaq üçün 1992-ci ildə təsis edilib. Şura dəmir yollarının istismar fəaliyyəti, yük qatarlarının birgə istifadəsi və texniki tərkibi, beynəlxalq nəqliyyatda qatarların təhlükəsiz hərəkətinin təmin olunması, elmi-texniki əməkdaşlıq və digər məsələlərin müzakirəsini aparır.