BAKI, 13 noyabr. TELEQRAF

Noyabrın 18-də Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, hərracda AZ0201120042 İSİN kodlu kuponlu, ortamüddətli dövlət istiqrazları satışa çıxarılacaq.

İstiqrazların nominal dəyəri 100 manat, ümumi həcmi isə 50 milyon manat (500 min ədəd istiqraz) təşkil edir. Bu istiqrazlar üzrə illik kupon dərəcəsi 7,5 faiz, tədavül müddəti isə 1080 gün olacaq.

Kupon ödənişləri 2026-cı ilin 7 aprel və 7 oktyabr, 2027-ci ilin 7 aprel və 7 oktyabr, eləcə də 2028-ci ilin 7 aprel və 7 oktyabr tarixlərində həyata keçiriləcək. Əsas məbləğin ödənişi isə 2028-ci il 7 oktyabrda aparılacaq.

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.