BAKI, 21 oktyabr. TELEQRAF

Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201120042 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, AZ0201120042 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 74,8 milyon manat təşkil edib.

Nazirlik tərəfindən 20 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.5544 (7,4008%) və kəsmə qiyməti 100.2916 (7.5000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 7 oktyabr 2028-ci ildir.