BAKI, 18 oktyabr. TELEQRAF

Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) gəmilərinin iştirakı ilə bu gün “Neptun” özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə – “Ümid” platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb.

ASCO-dan Teleqraf-a verilən məlumata görə, yedəkləmə əməliyyatında ASCO-nun “Mərdəkan”, “Zirə” və “Andoqa” təchizat-yedək gəmiləri iştirak edirlər.

Xatırladaq ki, “Neptun” özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün ASCO-nun gəmilərinin dəstəyi ilə Xəzərin Türkmənistan sektorundan ölkəmizə gətirilmişdi. Həmin əməliyyat “Hövsan”, “Hövsan-2”, “SOCAR-1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmilərinin iştirakı ilə həyata keçirilmişdi.