BAKI, 27 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vətəndaşlara ümumilikdə 427,4 milyon manat sığorta ödənişi həyata keçirib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.
Ödənilən vəsaitin 427,2 milyon manatı həyat sığortası üzrə ödənişlərin payına düşüb. Bunun da 423,6 milyon manatı könüllü həyat sığortası, 3,6 milyon manatı isə icbari həyat sığortası üzrə ödənilib.
Qeyd edək ki, hesabat dövründə həyat sığortası üzrə ödənişlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 28,2 faiz artıb.