BAKI, 15 avqust. TELEQRAF
Cari ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 616 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9,0-a düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz təşkil edib. Doğulan körpələrdən 1510-u əkiz, 63-ü isə üçəm olub.