BAKI, 27 iyun. TELEQRAF
Rusiya və Türkiyə neft sektorunda əməkdaşlığı genişləndirmək və üçüncü ölkələrdə birgə layihələr həyata keçirmək niyyətindədirlər.
Teleqraf xəbər verir ki, bu barədə Moskvada keçirilmiş Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclasının yekun protokolunda qeyd olunub.
Sənəddə vurğulanıb ki, tərəflər neft sahəsində fəaliyyət göstərən şirkətlərin birgə layihələri təşviq etməyə və ticarət-iqtisadi münasibətlərin inkişafı üçün əməkdaşlıq şəraitini yaxşılaşdırmağa hazır olduqlarını bildiriblər.
Bundan əlavə, Rusiya və Türkiyə arasında neft məhsullarının ticarəti, həmçinin sürtgü yağlarının istehsalı və yayılması sahəsində əməkdaşlığın dərinləşdirilməsi qərara alinib. Tərəflər Rusiya neftinin Türkiyəyə sabit və davamlı şəkildə tədarükünə dair razılıq əldə ediblər.