BAKI, 5 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsi inkişaf etməkdə olan ölkələr üçün beş il əvvəlki COVID-19 böhranından daha böyük çətinlik yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) birinci müavini Gita Qopinas “Financial Times”a bildirib.

Gita Gopinath qeyd edib ki, tariflərin inkişaf etməkdə olan iqtisadiyyatlara və qlobal bazarlara təsirinin qeyri-müəyyənliyi mərkəzi bankların öz iqtisadiyyatlarını dəstəkləməsini xüsusilə çətinləşdirəcək.

"Pandemiyanın ilk mərhələsində mərkəzi banklar pul siyasətini sürətlə yumşaltmaq istiqamətində hərəkət edirdilər, lakin bu dəfə şokun təsiri fərqli olacaq. Çətinlik pandemiya dövrü ilə müqayisədə daha böyük olacaq", – deyə Qopinas xəbərdarlıq edib.