Səudiyyə Ərəbistanı və Misir artan enerji tələbatını ödəmək üçün 1,8 milyard dollarlıq elektrik xətti layihəsi müqaviləsi imzalayıb.
Teleqraf.com xəbər verir ki, müqavilə Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Salman və Misirin Elektrik və Bərpa Olunan Enerji naziri Məhəmməd Şakirin iştirak etdiyi video konfransla elan edilib.
Gələn il həyata keçirilməsi planlaşdırılan və 3000 meqavata qədər elektrik enerjisinin qarşılıqlı tədarükünü təmin edəcək layihə ilə enerji tələbatı artdıqda ölkələrdən birinin digərinin elektrik enerjisindən faydalanması planlaşdırılır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Misir 2013-cü ilin iyununda elektrik xətti layihəsi ilə bağlı anlaşma memorandumu imzalamışdılar.