BAKI, 29 yanvar. TELEQRAF

Ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu matçında “Liverpul”un qonağı olan “Qarabağ” vətənə qayıdıb.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisini daşıyan təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Komandanı azarkeşlər, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.