TƏRTƏR, 28 dekabr. TELEQRAF

Tərtərdə baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza zamanı xəsarət alanlar 1971-ci il təvəllüdlü Zalov Rafiq Piraslan oğlu, onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Zalova Zəminə fərman qızı və 1993-cü il təvəllüdlü Qululu Tağı İlham oğludur.

***

13:07

Bu gün saat 10:50 radələrində Tərtər rayonu İlxıçılar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"1971-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi diaqnozu, 1993-cü il təvəllüdlü şəxsə isə döş qəfəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda deyilir.

***

11:38

Tərtərdə baş verən qəza zamanı 3 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, qəza rayonun Azad Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil “Mitsubishi” ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.