BAKI, 20 yanvar. TELEQRAF

Dövlət və hökumət rəsmilərinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına ziyarəti davam edir.

Teleqraf xəbər verir ki, Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.

Daha sonra Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və FHN kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

***

10:15

Dövlət və hökumət rəsmilərinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına ziyarəti davam edir.

Teleqraf xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov şəhidlərin məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini yad edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Baş şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və idman naziri Fərid Qayıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Elm və təhsil naziri Emin Əmrullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Dövlət Sus Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov da ziyarətçilər arasındadır.

***

09:06

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Teleqraf xəbər verir ki, onlar şəhidlərin məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini yad ediblər.

Bundan başqa, Səhiyyə naziri Teymur Musayev Şəhidlər xiyabanını ziyarət edib.

FOTO: Elnur Muxtar