BAKI, 29 yanvar. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlərlə bağlı qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
"Qarabağ" "Kəpəz"lə görüşdə meydançaya kənar şəxs daxil olduğu üçün 2500 manat cərimələnib.
“İmişli” klubu “Araz-Naxçıvan”la oyunda 6 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. Muxtar Respublika təmsilçisi isə 4 oyunçusu sarı vərəqə aldığı üçün eyni cəzaya məruz qalıb.
"Neftçi" komandası "Zirə" ilə matçda oyun günü planı pozulduğuna görə 2000 manat məbləğində ziyana düşüb.
"Sabah" klubu isə "Karvan-Yevlax"la oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cərimələnib.